“Azərbaycanda qadınların iqtisadi səlahiyyətləndirilməsi və bərabərlik hüququnun təmin edilməsində mövcud durum, problemlər və həlli yolları” mövzusunda konfrans keçirilib

Fevralın 12-də Bakıda işgüzar qadınlar üçün “Azərbaycanda qadınların iqtisadi
səlahiyyətləndirilməsi və bərabərlik hüququnun təmin edilməsində mövcud durum, problemlər və həlli yolları” mövzusunda konfrans keçirilib. Konfrans Avropa Birliyinin dəstəyi və BMTnin İnkişaf proqramının Demokratiya Monitoru İctimai Birliyinin ekspert qrupu vasitəsilə icra etdiyi “Azərbaycanın Bölgələrində Hüquqi Çərçivə və Qadınların Sosial-İqtisadi Səlahiyyətləndirilməsi Vasitəsilə Gender Bərabərliyinin Təşviq Edilməsi Üçün
Genişləndirilmiş Vətəndaş Cəmiyyəti Dəstəyi” proqramı çərçivəsində təşkil edilib. Tədbirə
dövlət qurumlarını, parlamenti, vətəndaş cəmiyyətini və özəl sektoru təmsil edən 50-yə qədər iştirakçı qatılıb.

Proqrama daxil olan “Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosialiqtisadi
səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün
gücləndirilmiş vətəndaş cəmiyyəti dəstəyi” layihəsi üzrə BMT-nin İnkişaf Proqramının
Layihə üzrə baş məsləhətçisi, Demokratiya Monitoru təşkilatının rəhbəri Fuad Həsənov
layihə və görülmüş işlər barədə məruzə edib.

““Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosial-iqtisadi
səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün genişləndirilmiş
vətəndaş cəmiyyəti dəstəyi” layihəsi çərçivəsində ikin olaraq xüsusən regionlarda qadınların
social-iqtisadi səlahiyyətləndirilməsi, diskriminasiyaya məruz qalamama və bərabərlik hüququ sahəsində mövcud durum, milli və beynəlxalq qanunvericiliyin gender aspektlərini ehtiva edən, bu sahədə mövcud problemlər və həlli yollarını araşdıran, dövlət qurumları və digər maraqlı tərəflərə təklif və tövsiyyələrini verən iki baza təhlili sənədi hazırlanıb.
Bakı və ölkənin 11 regionunu əhatə edən bilik və bacarıqların artırılması təlimləri
keçirilib. Təlimlərdə qadınların qərar qəbulu prosesində iştirakı; effektiv vəkillik
strategiyaları; qadın sahibkarlığı: biznes prosesinin mərhələləri; maliyyə resurslarına
əlçatanlıq və əmək bazarında iştirak; kommunikasiya, İT texnologiyalardan səmərəli istifadə və şəbəkələşmə; diskriminasiayaya məruz qalmama və bərabərlik hüququ mövzusu əhatə edilib. Təlimlər Mingəçevir, Lənkəran və Bakıda təşkil edilib. Bakı, Gəncə, Mingəçevir,
Yevlax, Oğuz, Şəki, Balakən, Lənkəran, Masallı, Lerik, Cəlilabad, Yardımlı, Astaradan
110 xanım, ictimai təşkilat fəalı, sahibkar, tibb və təhsil işçisi, media nümayəndəsi, bələdiyyə üzvü, evdar xanım, tələbə iştirak edib.

Ölkənin 10 jurnalisti üçün “Qadınların İqtisadi Səlahiyyətləndirilməsi və Bərabərlik
Hüququnun Təmin Edilməsində Medianın Rolunun Artırılması” mövzusunda təlim
keçirilib.

Mingəçevirdə 6 bölgənin nümayəndələrinin qatıldığı maraqlı tərəf qruplarının
nümayəndələrinin görüşü keçirilərək, regionlarda qadınların social-iqtisadi
səlahiyyətləndirilməsi, diskriminasiayaya məruz qalmamama və bərabərlik hüququnun
durumu və onların təşviq edilməsi müzakirə edilib, təklif və tövsiyyələr öyrənilib.
“Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsi: imkanlar və
problemlər” və “Qadınların maliyyə resurslarına və xidmətlərinə əlçatanlıq imkanları
(maliyyə inkluzivliyi) mövzusunda siyastət sənədləri hazırlanıb və bu sahədə maraqlı tərəflərə yönəlmiş siyasət təklifləri hazırlanıb.

İqtisadçılar qrupumuz tərəfindən iqtisadçı ekspertimiz Samil Əliyevin rəhbərliyi ilə
Qadinların Səlahiyyətləndirilməsi Indeksi hazırlanmışdır. İndeksin hazırlanması üçün
Beynəlxalq indekslər və Azərbaycan Gender bərabərsizliyini ölçən indekslər qlobal gender fərqi indeksinin metodoloji bazası və ölçmə meyarları əsasında Azərbaycanın Qlobal Gender Fərqi İndeksində mövqeyi , son 10 ilin nəticələri araşdırılmışdır.

Bundan sonra proqram çərçivəsində Demokratiya Monitoru İctimai Birliyinin mütəxəssi
qrupu tərəfindən daha əhatəli hədəf qrupları üçün qadınların səlahiyyətləndirilməsi və
bərabərlik hüquququ üzrə bilik və bacarıqların artırılması üçün bir təlim keçirilməsi
planlaşdırılır və ayrıseçkiliyə məruz qalmamama, bərabərlik hüququ, məişət zorakılığı ilə
mübarizə üzrə mövcud durumun qiymətlındirilməsi, beynəlxalq təçrübə, milli praktika və
xüsusiyyətlər, problemlər və həlli yolları mövzusunda siyasət sənədi hazırlanacaqdır”.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi, layihə
koordinatoru Aleksandra Nerisanu konfrans iştirakçılarını salamlayaraq təmsil etdiyi qurumun Azəbaycandakı prioritetləri barədə danışdı.

“Vətəndaş cəmiyyəti ilə əməkdaşlıq və onlara dəstək Avropa İttifaqının Azərbaycandakı
işinin əsas komponentidir. Vətəndaş cəmiyyəti Avropa İttifaqı üçün qadınlar və kişilər arasında bərabərliyin təmin ediməsi üçün vacib tərəfdaş, Avropa İttifaqının siyasi və hüquqi çərçivəsinin əsas dəyərinin bir hissəsidir.

Avropa İttifaqı üçün qadınların səlahiyyətləndirilməsi demokratiya və yaxşı idarəetmə
və yaxşı idarəetmə məsələsidir. Qadınların səslərinin və iştirakçılığının cəmiyyətin bütün
səviyyələrində gücləndirilməsi əsaslı müsbət təsirlərə səbəb ola bilər. Gender bərabərliyi insan hüquqularının hamı üçün reallaşdırılması, iqtisadi proqres formulasının bir hissəsi və inkişafın hərəkətverici qüvvəsidir. Avropa İttifaqı Azərbaycanda müxtəlif maraq qrupları, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi, Ombudsman Ofisi, vətəndaş cəmiyyəti
təşkilatları, başqa inkişaf üzrə tərəfdaşlarla gender əsaslı zorakılığın ləğvi təşəbbüslərini
artırmaq, öz icmalarının sosial-iqtisadi həyatlarında və qərar qəbulu prosesində qadın
iştirakçılığını təşviq etmək və gender bərabərliyi gündəliyini irəlilətmək yönündə tərəfdaşlıq
edir.

Demokratiya Monitoru İB-yi tərəfindən icra edilən “Azərbaycanın Bölgələrində
Hüquqi Çərçivə və Qadınların Sosial-İqtisadi Səlahiyyətləndirilməsi Vasitəsilə Gender
Bərabərliyinin Təşviq Edilməsi Üçün Genişləndirilmiş Vətəndaş Cəmiyyəti Dəstəyi”
layhəsi Avropa İttifaqının Azərbaycanda gender bərabərlyinin təşviq edilməsi istiqamətində
dəstəklədiyi işlərin mühüm bir hissəsidir”.

BMT-nin İnkişaf Proqramının təmsilçisi, layihə rəhbəri Gülşən Rzayeva
Demokratiya Monitoru və BMT İnkişaf Proqramının ekspertləri tərəfindən icra edilən
layihənin əhəmiyyəti barədə danışaraq qadınların səlahiyyətləndurilməsi məsələsinin BMT
İnkişaf Proqramının əsas prioritetlərindən biri olduğunu konfrans iştirakçılarının diqqətinə
çatdırıb. BMT-nin 2030 dayanıqlı İnkişaf Məqsədlərindən biri kimi gender bərabərliyinə nail
olmaq, eləcə də bütün qadın və qızların səlahiyyətlərini artırmaq, inklyusiz və keyfiyyətli təhsili təmin etmək və hər kəs üçün davamlı tədris imkanlarını təbliğ etməyin Avropa İttifaqı və BMT İnkişaf Proqramı üçün mühüm əhəmiyyət kəsb etdiyini və bu mənada Demokratiya Monitoru təşkilatının ekspertlərinin həyata keçirdiyi layihənin mühüm önəm daşıdığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfransın birinci hissəsi “Qadınların sosial-iqtisadi sahədə səlahiyyətləndiriliməsində
dövlətin və ictimai institutların rolu” mövzusunda müzakirəyə həsr olunub. Müzakirə dövlət
qurumunu, parlamenti, ombudsman aparatını, özəl sektoru və ictimai təşkilatı təmsil edən beş panelçinin çıxışı ilə başlayıb.

Çıxışçılardan millət vəkili Fazil Mustafa bildrdi ki, qadınlərın iqtisadi azadlığının
stimullaşdırılmasının təməl şərti onların əlçatan səviyyədə peşə təhsilinə yiyələnməsindən
asılıdır. Bunun üçün də bölgələrdə qadınlar üçün özəl sektorun peşə təmayüllü kolleclərin
açılmasına imkan yaradılmalıdır. Qanunla nə qədər gender bərabərliyinə təminat verilsə də,
cəmmiyyətin problemə düşüncəsi dəyişməyincə hüquqi tətbiqatda problemlər əvvəlki kimi
qalacaq. Təsadüfi deyil ki, məhkəmələrə bu mövzuda müraciətlərin olmaması da söylənilənlərin sübutudur. Digər tərəfdən bölgələrdə qadın sahibkarlığın stimullaşdırılması üçün ciddi vergi güzəştləri düşünülməlidir. Qadın sahibkarlara ayrılan kreditlərin müddətində və faizində stimullaşdırıcı elenentlərin olması vacibdir. Milli qadın sahibkarları assosiasiyasının yaradılması da olduqca müsbət bir faktdır və beynəlxalq təcrübə mübadiləsi üçün bu quruma dövlət tərəfindən yardım göstərilməsi vacibdir.

Ailə, Qadın, Uşaq məsələləri üzrə Dövlət Komitəsi nümayəndəsi Taliyə İbrahimova
çıxışında bir sıra statistik məlumatlara istinad edərək son illər qadınların ictimai həyatda rolunun güclənməsini, milli və yerli idarəetmədə payının getdikcə artmasını vurğulayıb.
“Ölkədə qadın sahibkarlığının inkişafına xüsusi önəm verilir. Azərbaycan Respublikasının
2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Strateji yol Xəritəsində bu istiqamətdə
xüsusi tədbirlər nəzərəd tutulub. Bu gun sahibkarların 20%-ni qadın sahibkarlar təşkil edir.
Komitənin BMT-nin İP ilə birgə həyata keçiridiyi “Kənd və rayon yerlərində qadınların sosial və iqtisadi həyatda iştirakının təşviqatı” layihə çərçivəsində 5 rayonda qadın resurs mərkəzləri yaradılıb və bu iş davam etdirilir. Layihə çərçivəsində qadınların mikro layihələri dəstəklənmiş və yeni sahibkarlıq obyektləri yaradılmışdır.

Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılması üzrə işlək mexanizmlərin
yaradılması üçün Komitə tərəfindən “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında “Azərbaycan Respublikasının Qanununa təkliflər hazırlanır”.

Ombudsman Aparatının eksperti Turan Cahangirova məruzə ilə çıxışında müasir
dövrdə Azərbaycanda qadınların ən yaxşı maraqlarının təmin olunmasının prioritet kimi
tanındığını vurğulayaraq, bu sahədə aparılan sosial, iqtisadi və hüquqi islahatlar nəticəsində
insan hüquqlarının daha səmərəli müdafiəsi, o cümlədən BMT-nin Qadınlara qarşı ayrı-
seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına uyğun olaraq qadınların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş bir sıra mühüm qanunların, dövlət proqramlarının qəbul edildiyini, həmçinin ölkəmizin 250-dən çox beynəlxalq konvensiyaya qoşulduğunu, həmin sənədlərin kütləvilik və ictimai iştirakçılıqla həyata keçirildiyini bildirib.
Ölkəmizdə bütövlükdə qadınların hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində
görülmüş işlər diqqətə çatdırılmış, eyni zamanda “Azərbaycan-2020: Gələcəyə baxış”
Konsepsiyası və BMT-nin 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərində (DİM)
gender bərabərliyi və qadın hüquqlarının təmin olunması ilə bağlı məqsəd və vəzifələrin əks
olunduğu vurğulanıb.

T.Cahangirova dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və icmalarla, habelə
beynəlxalq təşkilatlarla və xaricdəki həmkarları ilə işgüzar əməkdaşlıq şəraitində fəaliyyətini
davam etdirən Müvəkkilin insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsinə, o cümlədən əhalinin müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş bir sıra yenilik və təşəbbüslərlə çıxış etdiyini, səlahiyyətli dövlət qurumlarına 600-ə yaxın təklif və tövsiyələr təqdim etdiyini, onların da bir çoxunun artıq icra edildiyini söyləyib. Bununla yanaşı, Ombudsman təsisatı ilə BMT QAK-ın birgə həm paytaxt, həm də regionlarda həyata keçirdiyi “Didərginlik şəraitində qadınların səlahiyyətləndirilməsi” adlı layihənin 2016-2017-ci illər üzrə nəticələrinin geniş təqdimatı keçirilib.

Diqqətə çatdırılıb ki, sözügedən layihə gender bərabərliyinin təmin edilməsi, məişət
zorakılığının qarşısının alınması ilə yanaşı, məcburi köçkün qadınların cəmiyyətdə
təmsilçiliyinin artırılması, habelə kiçik və orta sahibkarlıq səviyyəsində onların iqtisadi cəhətdən stimullaşdırılması və digər komponentlərdən ibarətdir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyini rəhbəri Azər Mehtiyev qadınların
sosial-iqtisad sahədə səlahiyyətləndirilməsi səviyyəsinin ümumilikdə ölkə vətəndaşlarının
səlahiyyətləndirilməsi səviyyəsindən asılı olmasını və bunun üçün ilk növbədə ikincilərin
səlahiyyətlərinin artırılmasının vacibliyini bildirib.

Azərbaycan Qadın Sahibkarlarının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva
qadın sahibkarlarının maliyyə resurslarına əlçatanlığı və əmək bazarında iştirakı, şəbəkələşmə məsələlərini iştirakçıların diqqətinə çatdırıb.

Konfransın növbəti hissəsi layihə çərçivəsində aparılmış araşdırmaların nəticələrinə həsr
olunub. BMT İP-nin layihə üzrə gender və bərabərlik hüququ eksperti, hüquq elmləri üzrə
fəlsəfə doktoru Gülnaz Ələsgərova “Bərabərliķ hüququ, gender yanaşması və qeyri-ayrı-
seçkilik daha geniş insan hüquqları çərçivəsində” danışıb. Proqram çərçivəsində aşağıdakı
sahələrdə gender-əsaslı təhlil aparıldığını konfrans iştirakçılarınının diqqətinə çatdırmışdır:
gender əsaslı zorakılıq, qadın alveri, uşaq nikahları, siyasi və ictimai həyatda qadınlar, təhsil, məşğulluq, səhiyyə, cinsi oriyentasiya və gender identikliyi əsasında ayrı-seçkilik. Ekspert bu sahələrdə həm statistik məlumatlardan, həm də hüquqi müstəvidə məsələlərin tənzimlənməsində olan boşluqlardan və mütərəqqi hallardan istifadə etmişdir. Müəllif həm rəsmi dövlət statistikasından, həm də beynəlxalq və yerli QHT-lərin və beynəlxalq təşkilatların statistik  məlumatlarından istifadə etmişdir. Cari vəziyyətin hüquqi təhlilinə əlavə olaraq, sonda gender bərabərliyinin təmin olunmasında bir sıra təkliflər də verilmişdir.”O çıxışında ayri-seçkiliyin aradan qaldırılmasında munasib tədbirlərin görülməsinin vacibliyi, Azərbaycan üzrə baza təhlili sənədində durum üzrə mühüm tapıntıları iştirakçıların diqqətinə çatdırıb. G.Ələsgərova həmçinin
qadınların iş seçimində alternativ imkanların yaradılmasının, onlar üçün məhdudiyyətlərin
tətbiqinin əleyhinə olduğunu bildirib.

Demokratiya Monitoru İctimai Birliyi və BMT İnkişaf Proqramının layihə üzrə
qadınların səlahiyyətləndirilməsi eksperti Samir Əliyev layihə çərçivəsində hazırladıqları
“Qadınların səlahiyyətləndirilməsi üzrə İndeksi” təqdim edib. Onun sözlərinə görə, sənədin
hazırlanmasında BMT, Dünya Bankı, Dünya İqtisadi Forumu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı tərəfindən dövrü olaraq gender bərabərliyini ölçən indekslər araşdırılıb. Bunun üçün Qlobal Gender Fərqi, Gender Bərabərsizliyi, Gender İnkişafı kimi regional, Gender Bərabərliyi İndeksini, Cənubi Asiya Qadınlarının Möhkəmlilik İndeksini, Afrikanın Gender İnkişafı kimi regional indekslər öyrənilib. Sonda Viskonsin–Madison Universitetinin ekspertlərinin hazırladıqları metodologiya əsas götürülüb və milli İndeks tərtib edilib. Qiymətləndirmə üçün ekspertlər tərəfindən 5 subindeks, 34 indikator tərtib olunub və qiymətləndirilmə aparılıb. Qiymətləndirmənin yekunu olaraq Qadınların Səlahiyyətləndirilməsi İndeksi hesablanarkən Azərbaycanda səlahiyyətəndirmə faizi 33,6% olub ki, bu da metodologiyaya əsasən aşağı səlahiyyətləndirmə kateqoriyasına (21%-40%) daxildir.

Konfransın 3-cü hissəsində “Azərbaycanda qadınların iqtisadi səlahiyyətləndirilməsi və
bərabərlik hüququnun təmin edilməsində maraqlı tərəflərin iştirak imkanları” mövzusunda
növbəti panel müzakirə aparlıb. Əsas çıxışçılar AR Milli Sahibkarlar Konfederasiyasının qadın
sahibkarlarla iş komissiyasının sədri Jalə Hacıyeva, Mingəçevir Media Mərkəzinin rəhbəri
Yeganə Nəbiyeva və Yevlax rayonun icma rəhbəri və fermer Sonya Ridvanova maraqlı tərəf
təmsilçiləri olaraq gördükləri işlər barədə və qadınların rolunun artırılması barədə təklifləri
veriblər.

Tədbirdə vətəndaş cəmiyyəti, dövlət qurumları, özəl sektoru təmsil edən digər iştirakçılar
da çıxış dərək fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər. Sonda qərara alınınb ki, səslənən rəy və təkliflər nəzərə alınsın və müvafiq qurumlara göndərilsin.