Demokratiya Monitoru “Qadınların İqtisadi Səlahiyyətləndirilməsinin Təşviqi və Bərabərlik Hüququ” mövzusunda növbəti təlimini keçirib

Mayın 19 və 20- Bakı şəhərində gənclər, vətəndaş cəmiyyəti nümayəndələri, media təmsilçiləri və özəl sektor üçün “Qadınların İqtisadi Səlahiyyətləndirilməsinin Təşviqi, Ictimai Vəkillik və Diskriminasiyaya Məruz Qalmama, Bərabərlik Hüququ” mövzusunda növbəti ikigünlük təlim keçirilib. Təlim Avropa Birliyinin dəstəyi və BMT-nin İnkişaf proqramının icra etdiyi “Həssas əhalinin sosial-iqtisadi hüquqlarının gücləndirilməsində böyük rol oynaması üçün vətəndaş cəmiyyətinə imkanların yaradılması” proqramı ​çərçivəsində təşkil edilib. Təlimə Bakı, Sumqayıt, Ağdam, Şəki, Şamaxı, Quba, Qəbələ, Göyçay və müxtəlif regionları da təmsil edən,  ictimai, siyasi, özəl və təhsil sektorunda çalışan və təhsil alan  15 xanım olmaqla 26 iştirakçı qatılıb.

Telim haqda xulase-19-20 may 2018