Di̇skri̇mi̇nasi̇yaya məruz qalmama və bərabərlik hüququ üzrə vəsait

Ayrı-seçkiliyə məruz qalmama hüququ yalnız Avropada deyil, eyni zamanda digər regional təşkilatlar çərçivəsində qəbul edilmiş insan hüquqlarına həsr olunmuş sənədlərdə də öz əksini tapıb. Bununla yanaşı, ən böyük universal təşkilat olan BMT çərçivəsində qəbul edilmiş bir çox konvensiyalarda ayrı-seçkiliyi qadağan edən normaları da ehtiva edən müddəalar öz əksini tapmışdır: Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (ICCPR), İqtisadi Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt (ICESCR), İrqi Ayrı-seçkiliyin bütün növlərinə qarşıKonvensiya (ICERD), Qadınlara qarşı Ayrı-seçkiliyin Aradan Qaldırılması haqqında Konvensiya (CEDAW), İşgəncələr Əleyhinə Konvensiya və Uşaq Hüquqları Konvensiyası (CRC). Göründüyü kimi, ayrı-seçkiliyin qadağan edilməsi prinsipi həm ümumi insan hüquqlarının müdafiəsinə yönəlmiş beynəlxalq sənədlərdə, həm də
ayrı-ayrı qrupların hüquqlarını müdafiə edən aktlarda da təsbit olunmuşdur. Qeyd etmək yerinə düşər ki, BMT Nizamnməsinin 56-cı maddəsinə və 55-ci maddənin “c” bəndinə əsasən, Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlər “irq, cins, dil və ya din
əlamətinə görə ayrı-seçkilik qoymadan hamının insan hüquqlarına və əsas azadlıqlarına hörmət və riayət edilməsi məqsədinə nail olmaq üçün Təşkilatla əməkdaşlıq şəraitində birgə və ayrılıqda tədbirlər görməkdən” ibarəthüquqiöhdəlik daşıyırlar. Mülkivə siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 2-ci maddəsinə əsasən, hər bir iştirakçı dövlət “irq, dərinin rəngi, cins, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərə görə ayrı-seçkilik qoyulmadan ərazisində
olan və yurisdiksiyasının şamil olunduğu hər kəsin bu Paktda tanınan hüquqlarınahörmət etməyi vəonlarıtəmin etməyi öhdəsinəgötürür”. Pakta əməl etmək üçün “insan hüquqlarına hörmət etmək kifayət deyil,…dövlətlər həmdə yurisdiksiyalarında olan hər kəsin bu hüquqlarının həyata keçirilməsini təmin etməyi öhdələrinə götürüblər” və bu öhdəlik prinsipcə “Paktda nəzərdə tutulmuş bütünhüquqlara aiddir”.

Diskriminasiyaya Məruz Qalmama və Bərabərlik Hüququ Üzrə Vəsait