“Diskriminasiyaya məruz qalmama və bərabərlik hüququ” mövzusunda ikigünlük təlim

Noyabrın 11-12 tarixlərində Bakı şəhərində gənclər, QHT nümayəndələri, media
təmsilçiləri üçün “Diskriminasiyaya məruz qalmama və bərabərlik hüququ” mövzusunda
ikigünlük təlim keçirilib. Təlim Avropa Birliyinin dəstəyi və BMT-nin İnkişaf proqramının icra
etdiyi “Həssas əhalinin sosial-iqtisadi hüquqlarının gücləndirilməsində böyük rol oynaması üçün vətəndaş cəmiyyətinə imkanların yaradılması” proqramı çərçivəsində təşkil edilib. Təlimə Bakını və Azərbaycanın müxtəlif regionlarını təmsil edən, icimai və təhsil sektorunda çalışan və təhsil alan 13 xanım və 10 kişi qatılıb. İştirakçıların böyük əksəriyyəti universitet təhsilli tələbə və müəllim kontingenti olub.

Proqrama daxil olan “Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosialiqtisadi
səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün
gücləndirilmiş vətəndaş cəmiyyəti dəstəyi” layihəsi üzrə BMT-nin İnkişaf Proqramının Baş
Məsləhətçisi, Demokratiya Monitoru təşkilatının rəhbəri Fuad Həsənov layihə barədə
məlumat verib. Təlimin 2-ci günü BMT İnkişaf Proqramının layihə üzrə koordinasiya
mütəxəssisi Leyla Abasova təlimin məqsədi və gənc iştirakçıların gözləntiləri barədə
müzakirələrdə və qrup çalışmalarında danışıb.

Təlim hüquqşünas, BDU-nun hüquq fakültəsinin müəllimi və beynəlxalq əlaqələr üzrə
dekan müavini, hüquq elmləri üzrə fəlsəfə doktoru Gülnaz Ələsgərova tərəfindən aparılıb.
Təlimin birinci günü bərabərlik hüququ, gender yanaşması və qeyri-ayrı-seçkilik daha geniş insan hüquqları çərçivəsində, gender ağırlıqlı birbaşa və dolayı ayrıseçkilik, təqib, qısnama, münasib yerləşmə şəraitinin yaradılması mövzusuna həsr olunub. İştirakçılar tərəfindən qrup çalışmaları edilib.

Təlimin ikinci günü bərabərlik hüququnun prosedur elementləri, ayrıseçkiliyə qarşı
müvəkkilik vasitəsilə mübarizə imkanları, Azərbaycanın Konstitusiya və qanunvericilik çərçivəsi, istisna və bəraətlər təlim iştirakçıları ilə müzakirə eilib, Rəmzi Məhkəmə və identifikasiya tapşırığı edilib.

Təlim zamanı müxtəlif qrup işləri aparılıb, uğurlu təcrübələr bölüşülüb, mövcud hüquq
problemlərinin çözüm yolları müzakirə edilib.