“Gürcüstan işi; təqiblər, həbslər və mövcud reallıqlar” mövzusunda H E S A B A T

Siyasi Məhbusları Müdafiə Mərkəzi

“Gürcüstan işi; təqiblər, həbslər və mövcud reallıqlar” mövzusunda

H E S A B A T

(Sənəd 30 aprel- 30 avqust 2017- ci il aralığında hazırlanıb)

 

İçindəkilər;

  1. Ümumi məlumat
  2. Hesabatın hazırlanmasında məqsəd
  3. Gürcüstanda son baş verənlər
  4. Gürcüstanda baş verən hadisələrdə Azərbaycan hakimiyyətinin iştirakı; təqiblər və həbslər…
  5. Mehman Qələndərov
  6. Preventiv Cavab Qrupunun (PCQ) Mehman Qələndərovun ölümü ilə bağlı baş prokurorluğa müraciəti
  7. Mehman Qələndərovun ölümü ilə bağlı Hüquqi Arayış
  8. Gözəl Bayramlı
  9. Hakimiyyətin əvvəlcədən hazırlanmış ssenarisi
  10. Cinayət Məcəlləsinin 206.1-ci maddəsi (qaçaqmalçılıq) ilə irəli sürülmüş ittihamın dəlilləri
  11. Gözəl Bayramlının siyasi fəaliyyətinə inzibati müdaxilələr
  12. Siyasi sifarişin məhkəmə tərəfindən icrası
  13. Hüquqi Arayış
  14. Əfqan Muxtarlı
  15. Əfqan Muxtarlının ictimai və jurnalist fəaliyyəti
  16. Hüquqi aspektlər
  17. Fərman Ceyranlı
  18. Fərman Ceyranlı barədə qısa məlumat
  19. Ceyranlının qızı Lalə Hüseynlinin atasının həbsi ilə bağlı qeydləri
  20. Həbsxanadan yayılan müraciət; “Mən siyasi motivlə həbs edilmişəm”
  21. Fərman Ceyranlının həbsi ilə bağlı hüquqi Arayış
  22. Gürcüstanda yaşayan azərbaycanlı ictimai fəallarla bağlı vəziyyət
  23. Nəticə
  24. Təşəkkürlər
  25. İstifadə və istinad olunan mənbələr

 

Ümumi məlumat. Təqdim olunan Hesabat Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) tərəfindən hazırlanıb. Bu sənəd Gürcüstan respublikasında azərbaycanlı siyasi mühacirlərlə bağlı cərəyan edən hadisələr, qonşu ölkəyə birbaşa və ya dolayısı ilə bağlı olan və orda həyata keçirilən son həbslər, Azərbaycanlı ictimai- siyasi fəallara, jurnalistlərə, iş adamlarına qarşı təzyiqlər, bu hadisələri doğuran səbəblər, mövcud durum və vəziyyətdən çıxış yolları ilə bağlıdır.

GÜRCÜSTAN İŞİ_HESABAT-2017