JEAN MONNET PROQRAMI

JEAN MONNET KİMDİR?
Fransadan İngiltərəyə
Jean Monnet 1888-ci il noyabrın 9-da Fransanın Cognac əyalətində konyak ticarətçisi ailəsində anadan olub. 16 yaşında ikən universitetə qəbulun ilk qrup imtahanlarını verdikdən sonra Fransada təhsil planlarını yarımçıq qoyaraq Londona ticarətin əsas dili olan ingilis dilini və biznessi öyrənməyə gedir və bu məqsədlə orada 2 il vaxt sərf edir. Daha sonra o atasının tövsiyyəsi ilə ailə biznesini inkişaf etdirmək məqsədilə skandinaviya, Rusiya, Misir, Kanada və ABŞ-a səfərlər edir.

Fransa və İngiltərənin Birliyi Necə Baş Tutdu
1914-cü ildə sağlıq problemləri səbəbindən ordudan tərxis edilən Monnet vətəninə başqa yolla fayda vermək istəyir və qalibiyyət naminə Fransa və İngiltərənin müharibə resurslarının birləşdirilməsi təklifi ilə çıxış edir və hətta müttəfiqlərin müharibə resurslarının koordinasiyası təklifini irəli sürür. Onun bu təklifi Şuranın Fransız prezidenti tərəfindən bəyənilir. Bu planın müharibə zamanında səmərəli olması səbəbindən Monnet 31 yaşında olarkən Clemenceau və Balfour tərəfindən 1919-cu ildə yaradılan Millətlər Liqasının Baş Katibi təyin edilir. O bu postdan 1923-cü ildə ailə biznesinə özünü həsr etmək üçün istefa verir. Beynəlxalq maliyyəçi kimi Monnet 1927-29-cu illərdə Polşa və Rumıniya milli valyutalarının dəyərinin sabitləşməsinə yardım edir, San-Fransisco-da yerləşən Bancamerica Blairin idarə edilməsinə də töhfə verir. Chiang Kai-shek-in dəvətilə 1934-36-cı
illərdə Çində dəmir yol şəbəkəsinin yenidən təşkil edilməsində müstəsna köməklik göstərir. 1940-ci ilin iyununda Fransa Almaniya tərəfindən məğlub edilərkən Monnetin təsirindən ruhlanan De Gaulle ve Churchill Fransa ilə İngiltərənin nasist Almaniyasına qarşı dayanmasını təmin edə biləcək tam birlik planının qəbul etməyə ruhlandırır. Britaniya Təchizat Şurasının üzvü kimi 1940-cı ildə Biritaniya hökuməti tərəfindən ABŞ-a müharibə təchizatlarının alınması üçün danışıqlara göndərilən Monnet elə ilk görüşdən prezident Rusveltin inandığı məsləhətçi etibarını qazanır və onu müttəfiqləri müharibə materialları ilə təchiz edən Victory (Qələbə) proqramını başlamağa razı salır və bu ABŞ-ın müharibəyə ilk qatqısı olur. İqtisadçı Keynes-ə görə bu qərar müharibəni 1 il qısaltmağa xidmət edə bilib.
1943-cü ildə Əlcəzairdə (Algier) Milli Azadlıq Komitəsinin üzvü kimi Komitə iclasında söyləyir: “ Avropa ölkələri öz xalqalarının rifah və sosial inkişafını fərdi qaydada təmin etmək gücündə deyillər. Buna görə Avropa dövlətləri onları ümumi iqtisadi birlik halına gətirən federasiya və ya Avropa qurumu yaratmalıdırlar.”

Bundan sonra Monnet de Gaulle-nin xahişi ilə fransız iqtisadiyyatını canlandıran Fransa iqtisadiyyatının milli modernləşdirmə və inkişaf planını hazırlayır və həyata keçirir.

JEAN MONNET PROQRAMI