Mingəçevir – “Regionlarda qadınların iqtisadi səlahiyyətləndirilməsinin təşviqi və ictimai vəkillik”

Sentyabrın 28-29-da Mingəçevir Media Mərkəzində işgüzar qadınlar üçün “Regionlarda qadınların iqtisadi səlahiyyətləndirilməsinin təşviqi və ictimai vəkillik” mövzusunda ikigünlük təlim keçirilib. Təlimə Mingəçevir, Gəncə, Şəki, Oğuz və Yevlax rayonlarının özəl və icimai sektorunu təmsil edən 21 lider xanım qatılıb.

İştirakçıları və təlimçiləri salamlayan “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti Fərman Nəbiyev təlimin Avropa Birliyinin dəstəyi və BMT İnkişaf Proqramının icra etdiyi “Həssas əhalinin sosial-iqtisadi hüquqlarının gücləndirilməsində böyük rol oynaması üçün vətəndaş cəmiyyətinə imkanların yaradılması” proqram çərçivəsində təşkil edildiyini vurğulayıb. “Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün gücləndirilmiş vətəndaş cəmiyyəti dəstəyi” layihəsi üzrə BMT İP-nin baş məsləhətçisi, Demokratiya Monitoru təşkilatının rəhbəri Fuad Həsənov layihə barədə məlumat verib, layihə üzrə ilk təlimin regionlardan və Mingəçevir şəhərindən başladığını qeyd edib. BMT İP-nin layihə üzrə qadınların səlahiyyətləndirilməsi sahəsində eksperti Samir Əliyev təlimin məqsədi və gözləntilər barədə danışıb.

Mingəçevirdə 2 günlük təlim_Regionlarda Qadınların İqtisadi Səlahiyyətləndirilməsinin Təşviqi və İctimai Vəkillik