Qadınlar ayrıseçkiliyə qarşı_Jurnalist araşdırması_Elman Abbasov

http://xeberdar.net/20304-teessuf-ki-kagiz-uzerinde-yazilan-beraberlik-remzi-mena-dashiyir-arashdrma.html

Cəmiyyətdəki demokratik dəyişikliklər gender problemlərini yenidən işıqlandırmaqla qadınların cəmiyyətdə yeni maarifləndirici statusunun formalaşmasına şərait yaradırdı. Eyni zamanda, yeni münasibətlər patriarxal təsəvvür və stereotiplərlə səsləşərək, cəmiyyətin bu və ya digər sferalarında qadının iştirakının sərhədləri haqqında təsəvvürlər formalaşdırdı.Hesab edirəm ki, cəmiyyətin mədəni səviyyəsi onun qadına olan münasibətilə özünü göstərir. Qadınla xoşbəxt olmanın sirri onunla səmimiliyin mənəvi balansını qorumaqdır. Qadına və uşağa olan münasibət kişinin insanlara qarşı nə dərəcədə düzgün və mərhəmətli ola biləcəyinin qüsursuz mənəvi ölçüsüdür. Ailənin qorunub saxlanmasında qadının rolu olduqca vacibdir. Qadın ailə üçün xilaskar ola biləcəyi qədər, onun dağılmasına səbəbkar da ola bilər. Özünün reproduktiv funksiyası ilə əlaqədar qadın nəsillə əlaqədar məsələlərdə sosial cəhətdən daha tez yetişir, ailə işlərində daha düşüncəli və dərin intuisiyaya malik olur.Ölkə idarəçiliyində gender balansının gözlənilməsi müsbət faktor hesab olunur. Bunun nəticəsi olaraq, bir çox ölkələrin sosial-iqtisadi və idarəçilik sahələrindəki siyasəti gender  bərabərliyi istiqamətində aparılır. Hazırki mərhələdə 170-dən çox ölkə 1979-cu ilə qəbul edilmiş Qadınlara qarşı  Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiyaya qoşulub. Bu, qadının cəmiyyətdəki yeri  və rolunun dərk edilməsi istiqamətində irəliləyiş deməkdir. Lakin, təəssüflə qeyd edə bilərəm ki, hələ də bir çox ölkələr bu istiqamətdə heç bir addım atmayıblar və ya qısmən atılıb. Onu da qeyd edə bilərəm ki, hələ ki, heç bir ölkə iqtisadi, siyasi,  sosial, mədəni , ailə-məişət sahələrində tam gender bərabərliyinə nail ola bilməyib. Son yüzillikdə qadınlar bir çox hüquqular əldə ediblər, lakin məsələ tam həllini tapmayıb. Dünyada elə bir ölkə yoxdur ki, orada qadınlar kişilərdən daha çox pul qazansınlar. Hətta eyni vəzifədə çalışmış olsalar belə yenə də fərq hiss olunandır. Qadınlar dünya əhalisinin yarısını təşkil edirlər və təbii olaraq səhiyyə, təhsil, qazanc, siyasi hüquq  və s. kişilərlə bərabər haqlara sahib olmalıdırlar.

Qadınlar ayrıseçkiliyə qarşı_Jurnalist araşdırması_Elman Abbasov