Qadınların sosial-iqtisadi sahədə səlahiyyətləndirilməsi üzrə mövcud durum baza təhlili

Kitab Avropa İttifaqının maliyyə yardımı və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən
“Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının artırılması üçün vətəndaş cəmiyyətinin
rolunun gücləndirilməsi” layihəsi çərçivəsində dəstəklənən BMT İnkişaf Proqramının layihə
üzrə baş məsləhətçisi və Demokratiya Monitoru İctimai Birliyinin rəhbəri Fuad Həsənov və
layihə ekspertləri tərəfindən həyata keçirilən “Azərbaycanın bölgələrində hüquqi çərçivə və
qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün gücləndirilmiş vətəndaş cəmiyyəti dəstəyi” proqramı vasitəsilə nəşr edilmişdir.

Layihənin əsas məqsədi Azərbaycanın ucqar rayonlarında qadınların sosial və iqtisadi inkişafı üçün səlahiyyətləndrilməsidir.
Layihənin spesifik məqsədləri:
1) Bərabərlik və diskriminasiyaya məruz qalmama, hüquqi, institusional, və siyasi çərçivənin gücləndirilməsi ilə qadınların social-iqtisadi səlahiyyətləndirilməsinə nail olmaq və bunun üçün vəkillik və hüquqi yardım göstərilməsi üçün vətəndaş cəmiyyətinin bacarıqlarının artırılması
2) Ucqar ərazilərdə qadınların sosial-iqtisadi hüquqlarının və icma iştirakçılığının yüksəldilməsi məqsədilə onların texniki və liderlik bacarıqlarının gücləndirilməsidir.

Qadınların sosial-iqtisadi sahədə səlahiyyətləndirilməsi üzrə mövcud durum baza təhlili