Lənkəran – “Regionlarda qadınların iqtisadi səlahiyyətləndirilməsinin təşviqi və ictimai vəkillik”

Noyabrın 3-4 tarixlərində Lənkəran şəhərində işgüzar qadınlar üçün “Regionlarda
qadınların iqtisadi səlahiyyətləndirilməsinin təşviqi və ictimai vəkillik” mövzusunda
ikigünlük təlim keçirilib. Təlim Avropa Birliyinin dəstəyi və BMT-nin İnkişaf proqramının icra
etdiyi “Həssas əhalinin sosial-iqtisadi hüquqlarının gücləndirilməsində böyük rol oynaması üçün vətəndaş cəmiyyətinə imkanların yaradılması” proqramı çərçivəsində təşkil edilib. Təlimə Lənkəran, Masallı, Lerik, Cəlilabad, Biləsuvar, Neftçala rayonlarından özəl və icimai sektoru təmsil edən 38 xanım qatılıb. İştirakçıların böyük əksəriyyət orta ixtisas təhsilli tələbə kontingenti olub.

Proqrama daxil olan “Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosialiqtisadi
səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün
gücləndirilmiş vətəndaş cəmiyyəti dəstəyi” layihəsi üzrə BMT-nin İnişaf Proqramının Baş
Məsləhətçisi, Demokratiya Monitor təşkilatının rəhbəri Fuad Həsənov layihə barədə
məlumat verib. BMT-nin layihə üzrə qadınların səlahiyyətləndirilməsi sahəsində eksperti
Samir Əliyev təlimin məqsədi və gözləntilər barədə danışıb.

Təlimin birinci günü qadın sahbkarlığına həsr olunub. İqtisadi Təşəbbüslərə Yardım
İctimai Birliyinni rəhbəri Azər Mehtiyev biznes prosesinin mərhələləri, qadın sahibkarlarının
maliyyə resurslarına əlçatanlığı və əmək bazarında iştirakı, şəbəkələşmə, kommunikasiya və informasiya texnologiyalarından səmərəli istifadə məsələlərini iştirakçılaın diqqətinə çatdırıb.

Təlimin ikinci günü Mülki Cəmiyyətə Doğru Mərkəzinin rəhbəri Abil Bayramov əsas
diqqəti qadınların milli və yerli səviyyələrdə qərar qəbulu prosesində iştirakına cəlb edib.
Təlimçi qadınların qərar qəbulu prosesində iştirakçılığının artırılması imkanları, ictimai vəkillik və lobbiçilik, effektiv vəkillik stategiyaları barədə təqdimat edib.

Təlim boyu müxtəlif qrup işləri aparılıb, uğurlu təcrübələr bölüşülüb, ənənəvi
problemlərin çıxış yolu müzakirə edilib.