Siyasi Məhbusları Müdafiə Mərkəzi ““Nardaran işi”; siyasi motivlər, qanunsuzluqlar və reallıqlar” mövzusunda Araşdırma- Hesabat

Ümumi məlumat. 2015-cı ilin noyabrın 26- da Nardaran qəsəbəsində 2- si polis olmaqla 6 nəfərin qətlə yetirilməsi, onlarla şəxsin yaralanması, çoxlu sayda insanın həbs olunması, ağır işgəncələrə məruz qalması ilə nəticələnən qanlı polis əməliyyatı keçirilib. Hadisələrlə bağlı 200- dən çox şəxs saxlanılıb və ya həbs olunub. Onların bir qismi inzibatı həbs cəzası və xəbərdarlığa məruz qalsalar da 87 nəfərə  cinayət işi qaldırılıb və onlar hazırda həbsdədirlər. 7 nəfər axtarışdadır. 30 nəfərə yaxın təqsirləndirilən şəxsin işi (əsasən Nardaran sakinləri- red.) AR CM-nin 228.1-ci maddəsi ilə ümumi cinayət işindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib və 2016- cı ilin may- iyul aylarında  onlar barədə hökm çıxarılıb. Eyni zamanda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının daxil olduğu 17 nəfərlik qrupun Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi başa çatıb və onlar haqqında hökm çıxarılıb. Hazırda MBH- nın sədri müavini Elçin Qasımovun və Hərəkatın digər fəalı Zülfüqar Mikayılovun daxil olduğu 2 qrupun məhkəmə prosesi davam edir.

“Nardaran işi” ilə bağlı həbs olunanların böyük əksəriyyəti DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dəhşətli və amansız igşəncələrə məruz qalıblar. Bu işgəncələrin bir hissəsi qisasçılıq zəminində baş verib, bir qismi isə həbs edilən şəxslərdən siyasi hakimiyyət və istintaq üçün yararlı ola biləcək etirafedici ifadələrin alınmasına xidmət edib. Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə məhkəmədə bildirib ki, ona və bəzi dostlarına işgəncə verərək Nardaran olaylarının arxasında Milli Şuranın və İranın xüsusi xidmət orqanlarının dayandığını sübut etmək istəyiblər.

Nardaran qəsəbəsi haqqında…

Nardaran qəsəbəsi ölkənin paytaxtı Bakı şəhərindən 40 km. uzaqlıqda yerləşir. Digər kəndə və qəsəbələrdə olduğu kimi kənd sakinləri vaxtaşırı kasıbçılıq və işsizlik kimi problemlərdən əziyyət çəkirlər. Kənd əhalisi qatı şiə təəssübkeşi kimi ad çıxarıb. Azərbaycan İslam Partiyası və başqa islamyönlü təşkilatlar məhz bu qəsəbədə yaranıb.

Qəsəbə sakinləri 2000- ci, 2002- ci və 2006-cı illərdə bir sıra sosial və dini tələblərlə kütləvi etiraz aksiyaları keçiriblər. 26 noyabr 2015- ci ildə Nardaranda keçirilən əməliyyat qəsəbədə keçirilən ilk əməliyyat deyil. Birinci dəfə polis dinc qəsəbə sakinlərinə 2002-ci ilin yayında  hücum edib. Kənd sakinlərinə qarşı polis hücumu nəticəsində bir nəfər- Əlihüseyn Əliyev həlak olub, onlarla adam ağır yaralanıb, 40-dan çox adam həbs edilib.

Ətraflı bu linkdə: http://www.azadliq.org/content/article/1927335.html

Nardaran İşi Hesabatı_Siyasi Məhbusları Müdafiə Mərkəzi_2017