Study Tour for Active Women to Business Enterprises

Aprelin 4-5 tarixlərində ictimai və iqtisadi aktiv qadınların iştirakı ilə Bakı şəhərində yerləşən özəl şirkətlərin fəaliyyətilə tanışlıq üçün işgüzar ekskursiya təşkil edilib. Ekskursiya Azərbaycan Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası vasitəsilə təşkil edilib. Assosiasiyanın sədri Səkinə Babayevanın şəxsi köməkçisi Pərvanə Qarayeva ekskursiya iştirakçılarının hər 3 müəssisəyə səfərini təşkil və müşayiət edib. Ekskursiyada 10-dan artıq qadın iştirak edib. İlk ekskursiya Bakı Tekstil Fabriki MMC-də olub. Fabrikin təmsilçisi və Azərbaycan Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının sədri Səkinə Babayevanın şəxsi köməkçisi Pərvanə Qarayeva fabrikin fəaiyyəti ilə iştirakçıları tanış edib. Onun sözlərinə görə təmsil etdiyi fabrik kişi və qadınlar, o cümlədən uşaqlar üçün geyimlər istehsal edir. Təmsilçi daxili tələbatı ödəməklə yanaşı əsas diqqətin ixraca yönəldiyini, məhsullarının Rusiya, Ukrayna və Latviyaya göndərildiyini bildirdi. Onun sözlərinə görə Fabrikdə əksəriyyəti qdınlar olmaqla 150-yə yaxın işçi çalışır. Əsas xammalları Türkiyədən gətirilir. Təmsilçi sonra iştirakçıları fabrikdə istehsal prosesinin bütün mərhələləri ilə tanış edərək onlara istehsal etdikləri malları nümayiş etdirib.

İkinci səfər Vəfa Collection şirkətinə olub. Şirkətin prezidenti Vəfa Muradzadə şirkət barədə məlumat verərək əsasən pərdə, yataq və hamam dəstlərinin, o cümlədən otel üçün dəstlərin istehsalı üzrə ixtisaslaşdırğını bildirdi. Onun özlərinə görə əsas hədəfləri yaxın gələcəkdə istehsal məhsullarımızın ixracatını artırmaq, çeşidləri daha da genişləndirmək, ölkəmizin regionlarında və bir çox ölkələrdə showroomlarımızı yaratmaq və məhsullarımızla Azərbaycan brendini tanıtmaqdır. Qadın iştirakçılar üçn həyatyolu barədə danışan, ixtisasca hüquqşünas və riyasiyyatçı olan V.Muradzadə biznesə başlayan zaman qarşılaşdığı çətinliklər və onların aradan qaldırılması yolları barədə danışdı. Sonda istehsal etdikləri məhsulları iştirakçılara təqdim etdi və onların xüsusiyyətləri barədə bilgilər verdi.

Aprelin 5-də növbəti ekskursiya Azərbaycanın ilk təbii kosmetika istehsalçısı olan Gazelli Group şirkətinə oldu. Gazelli Group Azərbaycanda yeganə təbii bioloji komponentlər əsasında kosmetik məhsulları istehsal edən şirkətdir. Gazelli Group kompaniyasına Gazelli Shuvelan, “Sheraton” otelində yerləşən Gazelli SPA &Wellness və yeni formatlı gözəllik və sağlamlıq mərkəzi olan Gazelli Evi daxildir. Şirkət barədə fabrikin direktoru Lyaman Şirinzadə, istehsal prosesinin detalları haqda elmi sınaq departamentinin direktoru Leyla Dadaşova, istehsal, satış və digər məsələlər barədə ümumi şöbənin direktoru Nigar Ramazanova ətraflı məlumat verdi. Fabrik rəhbərliyinin sözlərinə görə, Gazelli Group tərəfindən istehsal olunan 100-dən artıq məhsulun tərkibində patentləşdirilmiş unikal aktiv maddələr özünəməxsus yer tutur. Bu gün muasir texniki baza ilə təçhiz olunmuş və 12 000 m2-dən artıq sahəsi olan Gazelli fabriki ay ərzində 1.500.000 vahidədək məhsul istehsal etmək imkanına malikdir. Gazelli Groupun istehsal olunan bütün məhsulların keyfiyyətinə yüksək səviyyədə nəzarət edən istehsalat laboratoriyası var. Təmsilçiyə görə, 2011-ci ildə isə naftalan yağı əsasında yaradılmış Gazelli Triple Youth kolleksiyası Londonda dünyanın ən məşhur “Harrods” Ticarət Mərkəzində satışa çıxarılaraq çox qısa zamanda istehlakçıların etimadını qazanıb.

Press-reliz_Study-Tour_Aze