Xəyalların asıldığı maliyyə ağacı_Jurnalist araşdırması_Aytən Fərhadova

63 yaşlı Məhəbbət Hacıyeva Tərtər rayonunda yaşayır. O, beş il bundan öncə Oxfam-ın gətirdiyi çiyələk ştillərini əkməklə yüksək məhsul götürüb. Əsasən tək təsərrüfat başçısı olan xanımlar qruplarla birləşdirilib. Onların qrupunda 5 qadın olub.

“Kiçik fermer təsərrüfatıdır bizimki. Oxfam işçiləri ilk dəfə bizim üçün su filtrini qoşdular şlanqlarla. Yerini hazırladıq və bizə çiyələk ştili verdilər. Biz də əkdik. Hamımız becərirdik, yığırdıq məhsulu. Onu bir nəfər satırdı və biz məbləği 5 yerə bölürdük. Özümüz üçün istifadə edirdik” – deyir, M.Hacıyeva.

Azərbaycanda kiçik və orta sahibkarlığın dəstəklənməsi həmişə müzakirə mövzusu olub. Dövlət bu yöndə maraqlı olduğunu nümayiş etdirib və həmin qrup əhali üçün kredit imkanları yaradıb. O imkanlardan biri Sahibkarlığa Kömək Milli Fondudur. Baxmayaraq ki, müsahibimiz Məhəbbət xanım o imkandan nəinki yararlanmadığını ümumiyyətlə, məlumatsız olduğunu dedi.

İqtisadiyyat Nazirliyindən aldığımız bilgiyə görə, qadın sahibkarların kredit almasında heç bir problem yoxdu. Onların maarifləndirilməsi əsasən kredit istəyənin marağından başlayır. Sahibkarlığa Kömək Milli Fondunun  yerlərdə mərkəzləri fəaliyyət göstərir.

İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, rəsmi statistik məlumatlarda, o cümlədən Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının ayıq, rüblük və illik statistik bülletenlərində kredit resurslarına əlçatanlığın gender təhlili verilmir: “Bu hesabatlar kredit resurslarının sahələr üzrə və valyuta tərkibi əsasında bölüşdürülməsinə dair ümumi məlumatlarla məhdudlaşır. Bu qurumlardan fərqli olaraq Dövlət vəsaitləri hesabına sahibkarlara güzəştli kredit verən Sahibkarlığa Komək Milli Fondu kredtlərin gender təhlilini verir. Fond 2012-2016-cı illərdə ölkə sahibkarlarına ümumilikdə 1225,9 milyon manat ayırıb ki, bunun da 54,7 milyon manatı və ya 4,5%-i qadın sahibkarların payına düşüb”.

Xəyalların Asıldığı Maliyyə Ağacı_Jurnalist araşdırması_Aytən Fərhadova